Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

The Beatles Biografiya
21.11.2009, 12:01

 
The Beatles
Biografiya:

Suchliffe və 1962də də Pete Best qrupdan ayrıldı. O illərdə Brian Epsteinin meneceriyi ile bir val müqaviləsi imzalayan qrupa başqa bir musiqi birliyindən gələn Starr da qatıldı. "Love me Do", "Please Please Me", "She loves you" və "I Want To Hold Your Hand" kimi ilk vallarının ABŞda bazara çıxması və "Ed Sullivan Show" da ilk dəfə ABŞ televiziyalarında görünmələriylə "Beatlesmania" (Beatles dəliliyi) 1964-cü ilin başlarında ölkəni bir başdan bir başa ele aldı.

Başlanğıcda Elvis Presley və Bill Haley kimi yenə başda ABŞ olmaq üzrə bütün dünya səviyyəsində məşhur olan sənətçilərdən ilhamlanan qrup; Lennon və McCartneyin yazdığı sadə amma maraqlı və uyğun sözlər ilə rok and rollun ilk günlərindəki həyəcanı yenidən oyandırmağı bacardı. Bu xüsusiyyətləri onların illərcə siyahı başında qalmalarını təmin etdi. Mahnı sözləri və yaratdıqları musiqilər sayəsində prodüser quruluşlardan çox sayda mükafat aldılar. Kraliça II Elizabeth belə bu qrupu O. B. E. (Order Of The British Empire) nişanı ilə mükafatlandırdı.

Uzun saçları, geyim tərzləri sayəsində də olduqca diqqəti cəlb edən qrup dünya səviyyəsində şöhret qazandı. Bütün vallarının bir milyonun üstündə sata biləcəyindən əmin olan qrup böyük bir rahatlıq ilə işə başladı və musiqilərini monoton olmaqdan qurtarıb hər vaxt yeni şeylər əlavə etməsini bildi. Məsələn "Yesterday" kimi balatlardan "Paperback Writer" kimi kompleks ritimli parçalara; "Yellow Submarine" kimi uşaqlara istiqamətli parçalardan "Eleanor Rigby" kimi ictimai məzmunlu parçalara qədər bir çox müxtəlif əsər meydana gətirdilər. Xalq konsertlərinə 1966-cı ildə son verildi.

1967-ci ildə dramatik bir bütünlüyə sahib olan "Sergeant Pepper's Lonely Hearts Club Band" adlı albomu çıxardılar. Bu albom hazırlanma mərhələsində elektronik musiqidən faydalanılmış olması və konsert salonlarında seslendirilemiyecek bir studiya çalışması olmasından ötəri yeni bir iş idi.

The Beatles üzvlərinin senet baxımdan musiqi ilə məhdud qalmadı. Birlikdə çevirdikləri və olduqca da müsbət qarşılanan "Help" və "A Hard Day's Night" onların kinoya olan maraqlarını ortaya qoydu. Daha sonra da bir-birlərindən ayrı olaraq bir çox film çevirdilər. Cəmiyyət əlaqələrinin gətirdiyi çətinliklər və qrup xaricinə olan maraqlarının artması səbəbi ilə 1971-ci ildə qrup dağıldı. Yenidən birləşə biləcəkləri dildən dilə gəzdi və pərəstişkarları tərəfindən həmişə gözlənildi. McCartney solo albomlar çıxardı və 1971-ci ildə öz qrupu Wingsi qurdu. Harrison 1970lərdə də Lennon və Starrla birlikdə çalışdı. Filmlərdə boy göstərən Starr daha sonra country musiqisinə meyl göstərdi. Lennon, yoldaşı Yoko Ono ilə birlikdə həyatanı həm musiqiçi həm də bir siyasi hərəkət adamı olaraq davam etdirdi. 1980-ci ildə bir ağıl xəstəsi tərəfindən öldürüldü.
Beatles 1960lardan günümüzə qədər ağıllarda və kaset kolleksiyalarındakı yerlərini müvəffəqiyyətlə qorudular. İndiki vaxtda belə qrupa təkrardan toplanıb bir konsert vermələri üçün təkliflər var.Bütün musiqiseverler bir an üçün ümidlənmişlər idi lakin çox təəssüf ki Beatles qrupu Lennon olmadan bir daha toplanmağı rədd etdi və bu mövzuda gələn bütün təklifləri geri çevirdi. Nə qədər dağılmış bir qrup olsalarda içlərində hələ bir-birlərinə möhtac olduqlarını və görünməz iplərlə bağlı olduqlarını bütün dünyaya göstərmiş oldular.
Категория: Biografiyalar | Добавил: HIM
Просмотров: 633 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
0  
* 1 HIM   (22.11.2009 10:58) [Xəbər]
Rock & Rock'N'Roll-un Atalarindan Biri.....

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0