Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

Nightwish Bioqrafiya
08.06.2010, 12:14
 
 
Nightwish
 
Nightwish, 1996cı ilde qurulmuş Finlandiyalı qrupdur. Qrup Simfonik Metal (Opera Metal) janrında ifa edir. Nightwish "Epica", "After Forever" ve "Visions Of Atlantis" qruplarının oxuduğu Simfonik Metal janrında oxuyur.
 
 
 
Nightwish`de en çox tanınan Tarja Turunen (Vokalist) olmasına baxmayaraq, qrupun yaradıcısı Tuomas Holopainendir(Klavişçi). Tuomas qrupa iki neferi-Tarja ve Emppunu qebul etdikden sonra, qrup üç mahnı yazdırır. Bu mahnılar yalnız akustik olur. Evvelce yazdırdıqları üç mahnıda baraban istifade etmeyen Tuomas sonra bu parçalarda baraban ve distortiondan istifade edilmesini isteyen qrup üzvlerinin fikirlerini nezere alaraq qrupa Jukka Nevalaineni de qebul edib bu mahnıları tekrar yazdırırlar. 1997ci ilin aprelinde qrup studiyada 7 mahnı yazdırır. Bu mahnıları eşiden "Spinefarm" qrupla iki albomluq kontrak bağladı. Avqustda qrup studiyada daha 4 yeni mahnı yazırdı ve "The Carpenter" single`ını satışa çıxartdı. Bu single Finlandiyada resmi chartlarında 8ci yere qeder yükseldi. Bunun ardından Noyabrda "Angel Fall First" albomunu satışa çıxaran qrup hemin chartlarda bu albomla 31ci yere qeder yükseldi.
 
 
 
Bu albomdan sonra qrup artıq konsertler vermeye başladı.1997-1998ci illerde Jukka Nevalainen ve Emppu esgerlikde olduqlarına göre qrup sadece 7 konsert vere bildi. Hemin vaxt "Spinefarm" "bu qrupda istedad var" deyerek albom müqavilelerini 3e yükseltdi.
 
 
 
1998ci ilin Dekabrında ikinci albom-"Oceanborn" Finlandiyada satışa buraxıldı.Bu albom Finlandiyada tez bir zamanda meşhurlaşdı. Chart`larda "Angel Fall First" 31ci yerde olan zaman böyük maraq doğuran "Oceanborn" ise 5ci yerde qerarlaşırdı, hetta bu albomdan evvel çıxan "Sacrament of Wilderness" single`lı heftelerce birinci yerde qaldı.1999cu ilin Avqustunda Almaniyada "Sleeping Sun" , "Walking İn The Air" , "Swanheart" , "Angel Fall First" mahnıları daxil olan single çıxarıldı ve ilk ayda 15 min eded satıldı. "Oceanborn" ve "Sacrament of Wilderness" Finlandiyada "Qızıl Val" mükafatını qazandı ve Rage qrupuyla 26 konsertlik Avropa turuna çıxdı.
 
 
 
2000ci ilin başlanğıclarında ise qrup başqa bir mahnı yazdırmaq üçün studiyaya giren qrup bu arada Eurovision`da Finlandiyanı temsil etmek üçün "Sleepwalker" adlı mahnıyla seçimlere girir,lakin qrup seçimlerden keçe bilmir.
 
 
 
2000ci ilin Mayında qrup Wishmaster yayımlayır ve ardınca turneye çıxır. Bu arada Nightwish Finlandiyada bir metal qrup olaraq Finlandiya Chart`larında birinci sıraya yükselir ve 3 hefte lider olaraq qalır. Eyni zamanda qrup Almaniya chart`larına 21ci ve Fransa chart`larına 66cı sıradan daxil olur. 29 Dekabr 2002ci ilde Finlandiyada baş tutan konsert "From Wishes To Eternity" adı ile Finlandiyada DVD şeklinde satışa buraxıldı. "Spinefarm"la daha bir albomluq müqavile bağlayan Nightwish Gary Moore`un "Over The Hills And Far Away" mahnısı, "Angel Fall First"deki "Astral Romance" ve iki yeni mahnı nı yazdırır ve bunları EP şeklinde satışa buraxır.
 
 
 
MCD olaraq "Platinium" mükafatına qeder geden "Over The Hills And Far Away"in klipi 2001ci ilin Avqustunda Finlandiyada çekilir. O ildeki turun axırında Nightwish dağılma heddine gelir,ancaq bezi deyişiklikler eden qrup sonradan fealiyyetine davam edir.
 
 
 
2002ci ilin Mayında "Century Child" çıxır ve 2 saat erzinde satış rekordu qırır.Bu sırada Nightwish Finlandiyada hem single hem de albom listlerinde birinci yere yükselir.Almaniya chart`larına 5ci, Avstriya chart`larına 15ci yerden daxil olan qrup, İyulda Cenubi Amerika turuna çıxır ve konsertlere olan biletlerin hamısı satılır."Century Child" albomu qısa zaman erzinde Braziliyada meşhurlaşır. "Century Child" 2002ci ilde Finlandiyada en çox satılan 2ci albom olur. Bir müddet ara veren qrup üzvleri hemin vaxt erzinde başqa qruplarda fealiyyet gösterir.Bir ilden az bir müddetde ara veren qrup 2003cü ilin evvellerinde studiyada yeni abomun mahnıları yazdırır. 60.000 tirajla satılan "Century Child" albomunun nailliyyetiyle 2003cü ili yollarda keçirmeli olur. 2003cü il erzinde "End Of İnnocence" adlı DVD üçün material yığılır, ancaq çıxış tarixi her gün deyişdirilir ve DVD`nin çıxış müddeti uzanır . Qrup 2003cü ilin Oktyabrında DVD çıxarmaqla yanaşı studiyada yeni albom üçün mahnı yazımlarını davam etdirir. 5ci albom "Once" Nightwish`in tarixinde en vacib albom olur.Bu arada Finlandiyanın Prezidenti-Tarja Halonen Nightwish`in nailiyyetlerini nezere alaraq Tarja Turunen ve heyat yoldaşı-Marcelo Cabuli`ni Enenevi Müsteqillik Gününe devet edir.
 
 
 
2004cü ilde studiyalarda yorulan qrup "Once" albomunun ilk single`ı "Nemo" satışa buraxılır.Mahnıya çox böyük büdceli klip çekilir.Bu albomda firmanı deyişdiren qrup, yeni albomu "Nuclear Blast" altında çıxarır, ancaq albomun Finlandiyada satılması üçün tekraren "Spinefarm Records"la razılığa gelir.
 
 
"Nemo" single`ı ve "Once" albomu Finlandiyada satışa çıxdığı ilk günde "Gold Record" mükafatı alır ve Nightwish tarixinin en böyük konsert turu olan "Once" turuna çıxır.
Категория: Biografiyalar | Добавил: HIM
Просмотров: 594 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
0  
* 1 HIM   (08.06.2010 12:16) [Xəbər]
Super Qrupdu.Bu qrupun "Sleeping Sun" track`i en yaxşı mahnılarındandır

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0