Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

Milan Biografiya
27.08.2009, 00:32
 
 
Milan Biografiya
Məmmədov Milan – gitaraçı, vokal və bəstəkar

1979-cu ilin 19 Fevralında Rusiya Federasiyasında- Krasnodarda anadan olub. Musiqiyə sevgi hələ 6 yaşından başlayıb. Milan dünyaya göz açmamışadan bir az əvvəl valideyinlərinin lotareyada gitara qazanmaqları isə yuxarıda deyilənə işarədir. Bu alətə daha güclü istək Milanın valideyinləri ilə birlikdə Bakıya köçdükdən sonra yarandı. özünün ilk akustik gitarasını Milan təkərdolduran işləyərək qazanıb, alır. Milanın 20 yaşı tamam olduqda o, artıq bu barədə ciddi məşğul olmağı qərara alır və öz dostlarından ibarət ilk qrupunu yaradır. Uşaqlar zamanın çox hissəsini məşqlərdə keçirib və mümkün qədər rok-konsertlərdə iştirak edirdilər. Qrup elə “Milan” olaraq da adlandırıldı – heyyət Milan Məmmədov – vokal, solo, ritm-gitara, Hüseynov Nazim klaviş, bass, Əhmədov Rəşad – zərb. Ən yadda qalan çıxışlarından biri Gənclər Təşkilatının təşkil etdiyi rok-konsertdə oldu. Konsert 2000-ci ildə Rəşid Behbudov adına Mədəniyyət Sarayında keçirlidi. Hər zaman Milan özü qruplar üçün konsertlərin təşkilatçılığını edir və cürbəcür gecə çıxışlarında da iştirak etməkdən imtina etmir, bura QİÇS-lə mübarizə və ya dünya estradasının ulduzları ilə olan çıxışlar da daxildir.

Qrupun stili daha çox pank-roka aid idi, hansı ki, özündə milli musiqidən də elementləri əks etdirirdi. Sonda isə uşaqlar qrupun adını “Sahil” ilə əvəz etmək qərarına gəlirlər. Qrup daimi olaraq məşq edir və böyük əksəriyyəti rus dilində olan yeni mahnılar yazır. Bundan sonra Nazim Hüseynov orduda xidmət etməyə yollanır və bunun şərəfinə qrup bu heyyəti ilə sonuncu konsertini verir. Sonradan Milan anlayır ki, “bu, bizim ən sevimli və doğma heyyətimiz idi, biz bir düşüncə ilə yaşayırdıq”. Konsert cavan olan “Palmeras” qrupu ilə birlikdə Şmidt adına (sonradan Səttərxan) Mədəniyyət Sarayında keçirildi.

Sonradan, 2002-ci ildə qrupa yeni bass-gitaraçı olan Elvin Beybutov gəlir. Uşaqlar Nizami küçəsində yerləşən (Torqovoy) Müəllimlər adına Mədəniyyət Sarayında bazalarını yerləşdirirlər. Bundan əlavə, Milan konsertlər təşkil etməyə və müxtəlif tədbirlərdə çıxış etməkdə davam edir, yenidən əvvəlki adı olan “Milan”ı geri qaytarır. Sonradan Milan anlayır ki, artıq pul qazanmaq da lazımdır, çünki musiqi onlara heç nə qazandırmır, məşq bazasının, aparatların pulunu heç bir kömək, heç bir sponsor olmadan qrup üzvlərinin məhz özü ödəyir. Qrup xarici vətəndaşların daha çox olduğu barlarda çıxış etməyi qərara alır, çünki hələ də yerli əhali arasında rok musiqisi çox da yayğın deyildi. Qrupdan Rəşad Əhmədov (zərbçi) ayrılır və Milan kömək üçün Ramin Sadıqova (Fatal Nation) və klaviaçı Rüstəmə (ACCA) müraciət edir.

Milan 2002
Bir neçə barda işləyərək qrup həm də parçalanır.

Milan Məmmədov
2003-cü ilin mayında Milan Məmmədov “Caspian Jazz and Blues Festival”da gitara ilə orkestrın tərkibində Paradise City (Guns and Roses) və “Fever” mahnılarının vokalını ifa edir, hansı ki, Deborah Carter ifa etmişdi. Bu festivalda həmçinin, məhşur Maynard Ferquson iştirak etmişdi.

Aprel
öz qrupunu yaratmaq həvəsi Milanı tərk etmirdi, tezliklə, o, bass-gitaraçı Orxan Musayev (eх-Palmares) və zərbçi Samir Musayevə (Coldunya) müraciət etdi və qrup barlarda çıxış etmək üçün repertuarlar üzərində çalışmağa başladılar və yaxşı çıxış etdilər. Qrupu isə sonradan “Aprel” adlandırılır. Qrup özünün ilk demosunu yazdırır.
2004-cü ildə Aprel televiziya kanallarının birində “Bağışla” (mus: Milan Məmmədov, söz: Samir Cəfərov) adlı mahnıları ilə çıxış etdilər. 2 oktyabr 2004-cü il tarixində isə Aprel qrupu Heydər Əliyev adına sarayda Qoldraş – İngiltərədən qonaqlar və Koldunya qrupu ilə birgə çıxış edir.

Mahnıların siyahisi:
1. Smoke On The Water (cover Deep Purple)
2. Blue Sued Shoes (cover Elvis Presley)
3. Hər Gün, Hər Vaxt (Aprel) (söz: Milan Məmmədov, mus: Milan Məmmədov)
4. Bakı (Aprel) (söz: Orxan Musayev, mus: Orxan Musayev)
5. Səni Sevən İnsan (Aprel) (söz: Nicat Zamanov, mus: Milan Məmmədov)
Və sonda uşaqlar videçarx çəkirlər.

2006-cı ilin apreli
3 illik qrup olan Aprel sonuncu konsertini verməklə öz fəaliyyətinə son qoyur. Milan öz solo karierasını qurmağa qərar verir.

Milan Məmmədov 2006-cı il
Milan dayanmır və qrupun dağılmasından sonra şəxsi qrupunu yaradaraq öz adından tək çıxış etmək istəyir. Bununla da o barlarda musiqiçilərin dəvəti ilə çıxış etməkdə davam edir və qazandığı vəsaitlə özünün yeni mahnılarını yazdırır. 2006-cı ilin yayında İlkinin studiyasında “Sınaq Dövrü”, “Həyatın Tilsimi”, “Sevgi Nəğməsi” adlı mahnılarını yazdırır (yeni versiyada). “Noç” (rus dilində) və Şuşaya həsr olunmuş instrumental kompazisiya “İnam”.

Milanı yerli televiziyaya dəvət edirlər. 2006-cı ilin dekabrında o, cavan rejissor olan Orman çingizoğlu ilə tanış olur, hansı ki, gələcəkdə onun iki ifasına - “Ol Nəfəsim” və Şuşanın keçmişi və müharibədən sonrakı dövrünün görüntüləri olan “İnam” adlı kompazisiyasına videoçarx çəkir.
2007-ci ildə Milan “Mən də varam” adlı televiziya lahiyəsində iştirak edir. Verliş ərəfəsində Milan yeni mahnısı olan “Gəl Qaytar Ömrümü” yazır, 2007-nin dekabrında isə ilk solo albomunu 500-lük tirajla buraxır və bunların hamısını o, öz gücünə edir. Bundan sonra albomu ilə bağlı solo konsert verir.

2008-ci il Milan üçün konsertlərlə və televiziya proqramlarında çıxışlar ilə başlayır. Apreldə “Sənin Mübarizən”, mayda “Olan Oldu”, iyunda isə “Sən” adlı mahnılarını yazdı. Hal-hazırda Azərbaycanın rokunda 8 illik fəaliyyət göstərən Milan ikinci albomu üzərində işlər aparır.
Категория: Biografiyalar | Добавил: Alternativ4ik
Просмотров: 740 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
0  
* 1 HIM   (27.08.2009 00:35) [Xəbər]
Hec Maraqli Deyil....Menim Xeberlerim Seninkilerden Maraqlı Olur

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0