Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

Midnight Biografiya
23.05.2009, 12:57

 Qrupun tərkibi :
Mikayıl Rəfiyev – vokal, sözlər, proqramminq
Andrey Kudinov – bass gitara
Fərdi Ramazanov – zərb və perküssiya, proqramminq
Hafiz Baxış – gitara, proqramminq

Hər şey 2005-ci ilin iyul ayında “Sing your song” musiqi müsabiqəsində başladı. Həmin müsabiqədə Hafiz Baxış Mikayıl Rəfiyevlə tanış olur. Musiqi ilə bağlı ortaq nöqtələrə malik olan Hafiz və Mikayıl qrup yaratmaq qərarına gəlir. O zamanlar nu-metal çalmaq istəyirdilər və bir çox layihələr də mövcud idi. (məsələn, çox qədim U Lie və Painless). Çox keçmədən, bassist Maks (Sadnos) qrupa daxil olur.
2005-ci ilin oktyabr ayında Emin ikinci gitarist olaraq qrupa daxil olur. Daha sonra, qrupun adı Nameless qoyuldu, çünki hələ də qrupa ad axtarışı uğurlu nəticə verməmişdi. Səttərxanda baza tapıb, məşqlərə başlayan qrup çox keçmədən, Painless-i yazdı. Zərbçi olmadığı üçün onu əvəz edəcək müxtəlif yollara əl atıldı.
Baza problemlərinə görə, qrup Səttərxanın çardağında məşqlərə davam etdi. Lakin sabitsizlikdən şikayət edən Mikayıl qrupu tərk etdi. Təbii ki, qrup dağıldı. Üzvlər küsülü oldu və hər şey bir anda unuduldu.
2006-cı ilin fevralında Hafizin sinif yoldaşı Andrey artıq yarım illik bass-gitara təcrübəsinin nəticəsi olaraq, qrupda çalmaq qabiliyyətinə sahib oldu və layihəni bərpa etmək qərarına gəldi. Mikayılla əlaqə saxladı və o, razı oldu. Lakin onun ailəsi ilə bağlı problemlər yarandığından, Andrey imtina etdi.
2006-cı ilin aprelində Roma vokalist olaraq qrupa daxil oldu. Müvəqqəti olaraq, zərbçi kimi qrupda fəaliyyət göstərdi. Belə ki, əvvəlcə musiqi yazılırdı, daha sonra isə sözlər.
Nəhayət, 2006-cı ilin iyun ayında yeni zərbçi Tima qrupa daxil oldu. Qrup təzə-təzə ayağa qalxırdı ki, yeni problemlər üzə çıxdı. Qrup bazasını itirdi və Hafiz bir aylığına Rusiyaya getdi. Geri döndü, lakin artıq Roma yox idi. Hafiz üçüncü dəfə Mika ilə əlaqə saxladı və bu dəfə o qrupa birdəfəlik daxil oldu.
12 avqust tarixində nəhayət, Midnight qrupu ərsəyə gəldi. Tərkibi isə belə oldu : Hafiz, Mika, Andrey, Tima.
Sentyabr ayında hələ də baza tapmayan qrup uşaq filarmoniyasında məşqlərə başladı. Appatarura isə bir qədər zəif idi. Daha sonra, Tima qrupda klaviş ifaçısı tapdı. Nəticədə, Leyla (Sadnos) qrupa daxil oldu. 2006-cı ilin oktyabr-dekabr aylarında isə saat yarımlıq proqram hazırlandı. Buraya 14 mahnı daxil idi. Qrupun məşhur mahnılarının bir çoxu da bu ərəfədə yazıldı : She, Life Through Child's Eyes, My Fight Song, Midnight Kiss, U Lie.
6 dekabr tarixindəki solo-konsertdən qrup uğurla çıxdı.
2007-ci ilin yazında Leyla Mika ilə yaranan ziddiyyətlərə görə qrupu tərk etdi. Qrup “Qaraf” verilişində çıxış etdi, bakportda festivalda ifa etdi, Equinox (indiki Ozan) qrupu ilə Half Way İnn-də konsert verdi. Daha sonra isə “Mən də varam” layihəsində iştirak etdi.
14 oktyabr 2007 tarixindəki konsertə var gücü ilə çalışan qrup gəlib-keçici olmadığını məhz, bu yolla isbat etdi.
Və yenə də qrupda dəyişikliklər baş verdi. Tima blek-metal musiqində özünü tapdı və “Dunkelheit” qrupuna daxil oldu, qrupa isə yeni zərbçi – Fərdi Ramazanov qatıldı (eks Ferrum).
2007-ci ilin sonlarında qrupa Zarina (klaviş) daxil oldu. Nəhayət, qrup öz bazasında, Şəhriyarda məşqlərə başladı və daha sonra bakporta keçdi.
3 və 24 fevral tarixlərində qrupun “Crossroads” barında iki konserti oldu. Sonuncu konsert isə “Kurt Cobain”in ad gününə həsr olunmuşdu.
2008-ci ilin yazında qrupun ən təhlükəli zamanları oldu. Hər məşqdə davalar və ziddiyyətlər olurdu. Nəticədə Zarina qrupu tərk etdi.
25 may 2008-də isə Pro`n`con və Equinox (Ozan) qrupu ilə birlikdə Half Way Inn-də konsert oldu.
Qrup 3 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində qrup bir çox çətin və təhlükəli sınaqlardan keçdi, bir çox dəyişikliklər, dağılmalar oldu. Lakin hər dəfə Hafiz bu qrupu bərpa edə bildi. İndi isə qrup aktiv şəkildə albom üçün çalışır.
Категория: Biografiyalar | Добавил: HIM
Просмотров: 721 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
0  
* 1 HIM   (23.05.2009 21:07) [Xəbər]
Sekili Ozum Duzeltmisem cool Gothic Sekil

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0