Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

3.14 Biografiya
13.03.2009, 19:49

 
3,14... - Azərbaycan rok arenasında ilk dəfə Det/Funeral Doom Metal janrında ifa edən qrup 2002-ci ilin sentyabr ayında Bakı şəhərində,”DISSONANCE' qrupunun dağılması nəticəsində Emin Kərimov və Vadim Ələkbərov tərəfindən yaradılmışdır.Daha sonra qrupa Maksim Koçetov və Seva Hacıyeva qoşulmuşdur.

Əvəllər konsertlərdə "ALMA MATER" adı ilə "FATAL NATION" və "DEMOGORGON"(BLACK METAL janrında ifa edən bu qrup,artıq fəaliyyət göstərmir) kimi qruplarla bir səhnədə çıxış edən qrup bir müddətdən sonra durğunluq dövrü keçirdi.Digər üzvlərin qrupa biganə yanaşmalarını görən Emin Kərimov və Maks Koçetov qrupu tərk edirlər,özləri isə vətənə xidmətə yollanırlar.

Amma bu durğunluq dövrü uzun sürmür.Vətənə xidmətdən dönən Emin Kərimov və Maks Koçetov qrupu yenidən təşkil etməyə başlayırlar.İlk növbədə qrupun adı "ALMA MATER","3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması)- əvəz olunur

2005-ci ilin yanvar ayından 2006-cı ilin Aprel ayına kimi "3,14..." qrupunu tərkibində 3 zərbçi dəyişmişdi.2006-cı ilin aprel ayında 2 gitaraçı-Andrey Estrovun və Ruslan Əliverdiyevin qrupu tərk etməsiylə,"3,14..." qrupunun başını yenə qara buludlar alır,lakin gözlənilmədən "FATAL NATION" qrupunun zərbçisi Ramin Sadıqovun qrupa qoşularaq ona həyat verdir.

Çox keçmir və qrupa 2-ci gitaraçı Elşən Əliyev qoşulur və da qrupun yaratdığı musiqini daha dolu və tamalayıcı edir.Bele heyətlə çıxış edən qrupu fervralın ayında qrupun yaradıcılarından sayılan Emin Kərimov tərk edir.

Qrupa sintezatorçu Kənan Kənaunas qoşulur.Çox keçmir ki hərbi xidmətə çağırıldığı üçün qrupu tərk edir.Onun ardınca Rusiyaya yollanmalı olan Elşən Əliyev qrupu tərk etməli olur.

2007-ci ilin iyun ayında Emin Kərimov yenidən qrupun üzvünə çevrilir.Bundan sonra çox keçmir ki qrupa daha bir gitaraçı Teymur Hüseyinov qoşulur.

Ramin Sadıqovun qrupu tərk etməsi və zərbçi tapa bilməyən qrup,zərb effekt və səslərini komupter vasitəsi ilə hazırlayır.

Belə heyyətlə qrup fəal məşqlərər başlayır.2007-ci ildə "Избавление" mahnısı studiyada yazılır,çox keçmir ki bu mahnıya klip çəkilir.

Dekabrda qrupa sintezatorçu Emin Həsənov qoşulur və bu qrupun ifa etdiyi musiqinin daha melodik və daha tamamlayıcı olmasına imkan verir

Hazırda qrup 4 nəfərdən ibarətdir və bu günlərdə də yeni material üzərində fəal çalışır.Qrupun solo konserti və ilk albomu,2008-ci ilin ikinci yarısına nəzərdə tutulur.
Qrupun terkibi

Maksim Koçetov (Bass/Vokal)
Emin Kerimov (Gitara/Vokal)
Teymur Hüseyinov (Gitara)
Emin Hesenov (Sintezator)

Категория: Biografiyalar | Добавил: HIM
Просмотров: 706 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
0  
* 1 HIM   (15.03.2009 11:13) [Xəbər]
Normaldi

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0