Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

Fatal Nation Biografiya
09.02.2009, 11:21

Fatal Nation
Qrupun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırki zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər.

Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeniy Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də trash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeniy Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir.

Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail - Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir.

2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.

Həmin zamandan – 2002-ci ildən başlayaraq 2003-cü ilə kimi olan zamanı Fatal Nation tarixində "qara xətt" adlandırmaq olar. Moskvadan dönən qrup üzvləri hər birinin ayrılıqda şəxsi problemləri səbəbindən bir müddət yaradıcılıq fəaliyyətlərinə ara vermək qərarına gəlirlər.

Ancaq musiqiçilər ümumi fəaliyyətdən uzun zaman aralı qala bilmədilər və 2003-cü ilin aprelində qrup yenidən birləşək öz proqramlarını hazırladılar. Artıq qrup növ baxımından daha çox həmin dövrə xas olan Mudvayne və Deftones ruhunda alternativ və nu-metal tərəfə yönəlmiş oldu. Qrup üzvləri bunu həmin dövr üçün Azərbaycan rokuna xas monoton tərzdən uzaqlaşmaq üçün düşünülən bir təcrübə olduğunu hesab edirlər.

Bundan sonra qrup üzvlərinin xasiyyət müxtəlifliyindən yenidən qrupda bəzi problemlər yaranır və qrup üzvləri fəaliyyətlərini bir müddət də dayandırmağa, daha uyğun zamanda yenidən davam etməyə qərar verirlər.

2004-cü ildə Alşin Elxan Emil Əliyevlə (qrupun sonrakı vokalçısı) ilə tanış olur və onlar yenidən birləşərək Fatal Nation-u qaldırmaq qərarına gəlirlər. Qrup bütün gücünü tamamilə yeni repetisiya üzərində işləməyə sərf edir. 2004-cü ilin sonlarında qrupa DJ, klaviaçı və sempler Aminisov Yeqor qoşulur, bütün bunlar tamamilə yeni istiqamətdə çıxış edən qrupun işlərinə rəngarənglik qatır. Artıq bu, death-metal, hardcore və nu-metal qarışığından yaranan vəhşi, kompramissiz trash-metal idi.

Bu heyətlə qrup yeni material üzərində çalışmaqda davam edir. Nəticədə etibarı ilə qrupda yeni idealar yığılır və onlar bunu reallaşdırmaq üçün studiyada yeni demo albom üzərində işləməyi qərara alırlar. "Suicide Is The Easiest Way Of Solving Problems But Not The Best" adlı yeni albomlarını hər il ənənvi olaraq Reçiça şəhərində (Belorusiya Respublikası) təşkil olunan "Metal Crowd 2006 Open – Air" festivalının təşkilatı komitəsinə həmin festivalda iştirak etmək məqsədi ilə göndərir. Albomu dinləyən və razı qalan komitə qrupu şəxsən bu festivalda iştirak etmək üçün dəvət edirlər. Beləliklə, Fatal Nation Qafqaz regiounundan kənarda keçirilən rok festivalda çıxış edən ilk Azərbaycan qrupu kimi tarixə düşür. "Metal Crowd 2006 Open – Air"də uğurlu çıxış edən qrup Azərbaycana qayıdır və bu müddətdə kifayət qədər yığılan yeni idealar üzərində çalışmaqda davam edirlər. Bu dövrdə qrupun bir az növ cəhətdən metalcore və modern-metal tərəfə yönəldikləri hiss olunur. Bundan əlavə qrupda yenidən daha bir dəyişiklik baş verir, daha dəqiq, ikinci gitaraçı Filipenya Dmitri qrupa təşlif buyurur. Qrup Yevpatoriya şəhərində (Krım, Ukrayna) keçirilən "Red Alert Open - Air 2007" festivalında çıxış edir. Hal-hazırda bu festival Şərqi Avropanın ən böyük rok festivalı sayıldığından burada çıxış etmək Fatal Nation üçün çox prinsipial bir xarakter daşıyırdı, belə ki, bu festivalda dünya şöhrətli death-metal qrupları olan Suffocation və Benediction çıxış edirdilər

Категория: Biografiyalar | Добавил: Alternativ4ik
Просмотров: 493 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.5/2
Всего комментариев: 1
0  
* 1 HIM   (10.02.2009 14:18) [Xəbər]
Azerbaycanda en zor Metal qrupdu,bu qrupdan yaxsisi yoxdu

Cavab:

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0