Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Janrlar

Doom Metal
09.02.2009, 23:49
 
Doom Metal
Pis alın yazısı və ya insanı dərdləndirən bir metaldır. Yavaş tempdə, bezikmiş haldadır. Olduqca ağır riflər və melodik vokal, Doom M-ın əsas tərkibidir. Yavaş gitara rifləri ilə ilk metal musiqi ərsəyə gətirən Black Sabbath qrupu olduğu üçün, Doom-un yaranışı məhz Black Sabbath ilə bağlıdır. Doom Metal-ın ən vacib alt qollarından olan Doom Death-də, Doom yavaşlılığı ilə Death vokalı birləşir. Bu tərzin yaradıcıları isə 3 ingilis Doom qruplar olan: Paradise Lost, My Dying Bride və Anathema-dır. Sırf bu 3 qrupa qulaq asmaqla Doom Metal-ın nə olduğunu başa düşmək olar.

70-ci illərdə Doom Metal
Əksər insanlar Black Sabbath-ı Heavy Metal və alt qollarına ən çox təsir göstərən qrup kimi qəbul edir. Doom Metal da bunlardan biridir. “Black Sabbath”, “Paranoid”, “Master Of Reality”, “Vol.4”, “Sabbath Bloody Sabbath” və “Sabotage” albomları olmasaydı bəlkə də Doom Metal olmazdı.
Bu dövrdə, Black Sabbath-ın təsiri nə qədər üstlərində olsada Pentagram və Bodemon da ilk Doom qruplardandır.

80-ci illər...
1980-ci illər əsl mənada Doom Metal-ın ilk axımının başlanğıcıdır. Def leppard, Warrant və Bon Jovi kimi qrupların önə çıxdığı və Thrash, Speed və Death metalın da metal icmasına hakim olduğu dövrdür. Bu dövrdə medianın ücbatından həm də alçaldılan və gizli qalan bir tərz oldu. Amma kölgədə də qalsa öz inkişafını davam etdirdi dövrün Doom qrupları (Trouble, Saint Vitus, Candlemass, Cathedral) sayəsində. Bunların içində xüsusilə Candelmass-ı qeyd etmək istəyirəm və bu qrupun “As It Is, As It Was” albomunu.

90-cı illər...
Death metalın hakim olduğu bu dövrdə Doom metal yenidən dirildi. Bir çox Doom Death qruplar yarandı. Amma müasir Doom-u formalaşdıran yuxarıda qeyd etdiyim kimi, məhz 3 ingilis qrup oldu: My Dying Bride, Paradise Lost, Anathema.... Bu dövrün başlanğıcında Paradise lost-un “Gothic” (1991) albomu, elə həmin ildə My Dying Bride-ın “Symphonaire Infernus Et Spera Empyrium” albomu Doom-u yenidə dünyaya tanıtdırdılar. Doom-un tarixinə keçmiş digər qrup olan Anathema isə, sonradan qrupdan ayrılıb “The Blood Divine” adlı qrup quran Darren White-ın vokalları nəinki Doom dinləyicisi, hətta 90-cı illər sonrası metal dinləyicisi olan bütün gənclər tərəfindən ən sevimli qrup oldu.... Bunlardan başqa Earth qrupuda xatırlanası vacib qrupdur.

Heyf ki, Doom metal başqa tərz və janrlarla sintez olunaraq öz orijinallığını itirdi. Amma hələdə klassik Doom Metal mahnıları ərsəyə gətirən bilən qruplar var
Категория: Janrlar | Добавил: HIM
Просмотров: 620 | Загрузок: 0 | Рейтинг: 10.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0