| 
 OZAN Biografiya  
|  | 08.05.2009, 13:51 |  |   OZAN 
Bir dəfə rok forumlardan birində Nurlan Kərimov Orxan Culfayevlə tanış olur. Onlar söhbətləşib yeni rok qrup yaratmaq qərarına gəlirlər. Beləliklə 2005-ci ilin oktyabrında Nurlan (vokal, gitara), Orxan Culfayev (gitara) və Teymur Xıdırov (baraban) görüşüb məşqlərə başlayırlar.Amma təxminən 2 ay keçdikdən sonra Səttarxan adına mədəniyyət evində məşq edən qrup yaradıcılıq ilhamı çatışmazlığına görə dağılır. Ancaq, [FERRUM] qrupunun ilk bass qitaristi olan Nurlan Kərimov qrupu yenidən yaratmaq qərarına gəlir. Buna qədər bir çox rok qruplarda zərb ifa eliyən Teymur Xıdırov, solo gitarist Orxan Culfayev və qrupa yeni gələn bass gitarist Rena Lav EQUINOX adını alaraq öz geniş fəaliyyətlərinə başlayırlar. Rok qrup klassik rok mahnılarının cover versiyalarını işləyib hazırlayır. Bunun nəticəsində rok qrup bir çox məclislərdə çıxış etməyə başlayır. 20 may 2007-ci ildə EQUINOX, MIDNIGHT rok qrupu ilə bərabər Half Way Inn klubunda konsert verir.
 Konsertlər:
 20 may 2007 - Concert in Half Way Inn Baku
 14 oktyabr 2007 - Rock Festival Livin Pandemia vol2
 4 noyabr 2007 - Rock concert in Half Way Inn Baku
 12 yanvar 2008 - AzeriRock concert in Hard Rock Club with Sirr (Sumgait)
 Dekabr 2007-den etibarən qrup
 OZ
 AN
 adını alır.
 
 Qrup üzvləri:
 
 Nurlan Kərimov - vokal, gitara
 Orxan Culfayev - gitara
 Anar Əliyev - bass gitara
 Teymur Xıdırov - baraban
 
 Əvvəlki üzv:
 Rena Lav - Bass gitara
 
 Tərzləri:
 Rock / Folk Rock / Grunge
 
 Təsirləndiyi qruplar:
 Yuxu, Metallica, Duman, Kurban, Megadeth, Slayer, Nirvana, Pentagram, Jimi Hendrix, Led Zeppelin, Opeth, the Mars Volta, Yes, Genesis, Tool, Doors
 |  | Категория: Biografiyalar | Добавил: HIM |  | Просмотров: 706 | Загрузок: 0
 | Рейтинг: 0.0/0 |  Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация  | Вход  ]
 | | Statistika |  | 
 Online: 1 Qonaq: 1 Istifadeçi: 0 | 
 |