Xoş Gəlmişsiniz! Qonaq
www.MUSICPAGE.moy.su
Главная » Файлы » Biografiya & Janrlar » Biografiyalar

Evanescence Biografiya
07.02.2009, 02:11
 
Evanescence
Litl Rok-Arkanzas ştatında kiçik bir şəhərdir.Məhz burada qrupun yaradıcıları olan Emi Li və Ben Mudi ilk dəfə bir-birilərini görüblər.O vaxt onların uyğun olaraq 13 və 14 yaşları vardı.Onların hər ikisi gənclər üçün olan düşərgədə idilər.Bir dəfə Ben Eminin pianoda ?İ do anything for love?adlı mahnını ifa etdiyini görür.Emilinin ifasına heyran qalan Ben dərhal ona yaxınlaşır və özünü təqdim edir.Həmin andan gələcəkdə bütün dünyanı fəth edəcək qrupun əsası qoyulmuş olur....

İlk çıxışlar

Evanescence haqqında ilk məlumatlar ötən əsrin 90-cı illərinin sonlarına aiddir.?Give unto me? və ?Understanding?kimi mahnılar,daha sonar isə ?My immortal? və ?Haunted?(son ikisini Ben yazmışdı)məhz həmin dövrə aiddir.Son 2 mahnı bir-birilə müəyyən bir contrast yaradırlar.Belə ki ?Haunted?ə sözləri Emi Benin hekayəsini oxuduqdan sonra yazır.Bu hekayədə qorxunc bir evə salınmış qızdan bəhs olunur.Ev qızı 10 il əsirlikdə saxlayır.Qız öz zülmkarına nifrıət edir,lakin eyni zamanda da onu sevir.Çünki o qızın həyatında yeganə insandır və həyat onsuz qeyri-mümkündür.?My immortal? isə ölmüş bir qızın ruhu haqqındadır.Qız ölümündən sonra da sevgilisini tərk etmək istəmirKim ki bizi sevir onun ruhu heç vaxt bizi tərk etmir o vaxtadək ki,biz bunu istəyək.Bu mahnı ayrılıq və əzab-əziyyətlər haqqındadır.Qrup öz ifasıyla bu hissləri dinləyicilərə ustalıqla çatdırıb və ?My immortal? Evanescence-in yaratdığı ən gözəl və ölməz əsərlərindən biridir.
Brad Caviness adlı şəxs ?Understanding? və ?Give unto me? adlı mahnıları Litl Rokdakı KABF adlı radiosunda fırlatmağa başlayır(mahnıların radionun formatına uyğun gəməməsinə baxmayaraq)Yeni qotik-rok qrupunun yaranması barədə şayiələr Litl Rokun hüdudlarından kənara çixmağa başladı.Buna Evanescence-in heç bir konsert belə verməməsi də mane olmadı.?Birdən anladıq ki biz populyarıq?-Ben sonrakı müsahibələrində qeyd edir-lakin paradoks burasındadır ki bizi heç kim tanımırdı və heç ki bizi necə tapmaq lazım olduğunu bilmirdi.Biz də cəmi 2 nəfər olduğumuzdan çox gözə dəymək istəmirdik.
www.az-rock.com
Qrup debüt albomları olan EP ?Evanescence?i 1998-ci ildə öz hesablarına çıxartdılar.Albom cəmi 100 nüsxədən ibarət idi və qrupun Vino adlı litl Rokdakı ilk konsertində satıldı.Albom işıq üzü gördükdən sonra qrup adını dəyişərək Evanescence adlanmağa başladı(bunadək onlar özlərini Stricken&Childish Intentions adlandırırdılar).Bu sözünmənası ?buxarlanıb yox olmaq?deməkdir .?Bu söz sirli və qaranlıqdır və dinləyicinin beynində qeyri-adi bir təsəvvür yaradır?-Emi qrupun adı haqqında deyir.?Whisper EP? bir az sonra-1999-cu ildə BigVig Enterprises-in köməyilə cəmi 50 nüsxədə buraxılır.2000-ci ildə qrup iştirakçılarının sırası genişlənməyə başlayır-David Hodges qrupun üzvünə çevrilir.Elə həmin ildəcə qrup ?Origin? adlı demo albomunu buraxır.Az sonra Wind-UP Records adlı leyblın diqqətini cəlb etməyi bacaran Evanescence tezliklə onlarla müqavilə bağlayır.Evanescence-in visit kartına çevrilən ?Bring me to life? ilk dəfə Litl Rokda KLAL FM-də səsləndirilir.Tezliklə bu mahnı digər yerlərə də yayılır və hətta məşhur Daredevil filminin produserləri mahnını filmin saundtrekinə salmaq qərarına gəlirlər.Filmin saundtreklərindən ibarət olan albom 2003-cü ilin fevralında işıq üzü görür və bununla da qrupun ulduzu parlayır.Filmin premyerasından az sonra qrup özünün debüt albomu olan ?Fallen? dinləyicilərə təqdim olunur.Albom Amerikanın rəsmi hit-paradında 7-ci yerdən start götürür və cəmi bir aydan sonra platin statusunu alır.Fallen 12 milyonluq tirajla satılır.ALbom həmçinin ilinən yaxşı albomu kimi 2004-cü ilin Qremmi nominasiyasına da layiq görülmüşdü.Qrupun ilk sinqlı olan ?Bring me to life? 2003-cü ilin mayında Amerika hit-paradını zirvəsinə yüksələ bilir və orada 2 həftə öz yerini qoruyur.
Evanescence-in musiqilərindəki qaranlıq obrazlara baxmayaraq bu musiqilər özlərində bir çox pozitiv istiqamətləri birləşdirir.?Öz albomumuzla və öz mahnılarımızla biz insanlara anlatmaq istəyirik ki,onlar tək deyillər?-Emi qeyd edir-Hamı çətinliklərdən və ruhi əziyyətlərdən keçir.Həyat və insane təbiəti belədir?.?Bring me to life?-nəyinsə və ya kiminsə axtarışı haqqındadır,hansı ki bu vaxtadək sizing içinizdə heç vaxt mövcud olmamış hissləri oyadacaq..... Ben Mudinin dediyi bu sözlər də diqqətəlayiqdir-?Biz sinql satmağa çalışmırıq.Biz sadəcə ürəyimizdən gələni çatdırmaq istəyirik.?Şəkil:Evanescence.png
Gələcək
Qrupun problemləri 2003-cü ilin oktyabrın 22-də Benin qrupdan gözlənilməz gedişindən sonra başladı.Ben heç bir izahat vermədən Avropa turnesi zamanı qrupu tərk etdi.Ona əvəzedici tez tapıldı.Artıq 2004-cü ilin yanvarında qrupun yeni üzvü Terry Balsamo ictimaiyyətə təqdim olundu.Fevralda onlar Qremmi festivalında 5 nominasiyadan 2-nin qalibi oldular-Best New Artist və Best Hard-Rock Performance. Daha sonra qrup ?Anywhere but home?adlı Dvd və nəhayət 2006-cı ildə ?The open door? adlı albomlarını təqdim etdilər. 2007-ci il mayın 4-də Emi Li gitaraçı Con Le Komptu qrupdan kənarlaşdırdı,onunla birgə barabançı Rokki Qrey də qrupu tərk etdi.
Qrup üzvləri
Emi Li (Amy Lee) Doğum tarixi-13 dekabr 1981
Doğulduğu yer-Riverside,Kaliforniya
Peşəsi-vokalçı,pianoçu,musiqi yazarı
Janr-Alternativ rok
Emi Hartzler(Emi Linn Li və ya sadəcə Emi Li)-Evanescence qrupunun vokalçısıdır.Emi adı ona 70-ci illərin məşhur mahnısı ?Amie?nin adından verilib.Litl Rokda musiqi ilə məşğul olan bir ailədə böyüyüb.Atası Con Li yerli radioda DJ işləyir.Eminin Kerri və Lori adlı 2 bacısı və Robbi adlı qardaşı var.Onun qardaşı ağır xəstəlikdən əziyyət çəkir.Emi özü isə Milli epilepsiya mərkəzinin üzvüdür və ?Out of the shadows?adlı layihəni dəstəkləyənlər sırasındadır.Emi-nin 3-cü bacısı 3 yaşında naməlum xəstəlikdən vəfat etmişdir və Emi ?Hello? və ?Like you?adlı mahnılarını ona həsr etmişdir.Buna görə də Emi bu mahnıları heç vaxt konsertlər zamanı oxumur. 9 yaşından o gitarada çalmağa başlayıb və 15 il piano dərsləri ilə məşğul olub.2000-ci ilədək Pulaski Akademiyasında(monastırın nəzdində)təhsil almışdır.Əgər Emi məşhur olmasaydı onda Musiqi institutunun bəstəkarlıq fakultəsini bitirəcəkdi və filmlərə musiqi yazmağa başlayacaqdı. 2007-ci ilin mayında Emi köhnə dostu Josh Hartzlerlə ailə həyatı qurur.Cütlük bal ayını Baham adalarında keçirir.Bundan sonra Emi rəsmən missis Emi Hartzler olub.
Emi ev heyvanlarını çox sevir.O evsiz heyvanlara yardım olaraq 100 000dollar vəsait xərcləyib. Klassik musiqini çox sevir və ən çox sevdiyi əsər Motsartın ?Rekviyem?idir. Tori Amos,Maykl Cekson və Nirvananı dinləməyi sevir. Gündəlik aparmağı xoşlayır
Категория: Biografiyalar | Добавил: HIM
Просмотров: 678 | Загрузок: 0 | Рейтинг: 8.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Bölmələr
Biografiyalar [51]
Janrlar [7]
Sayta giriş
Leqeb|Username:
Şifre|Password:
Sayt üzrə axtarış
Sorğu
Saytda üstünlük verirem...
Bütün cavablar: 108
Mini-chat
Statistika

Online: 1
Qonaq: 1
Istifadeçi: 0